Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri qanunda müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, humanistlik prinsipi insan hüquq və azadlıqlarına, sağlamlığa və təhlükəsizliyə üstünlük verilməsini nəzərdə tutur.
Bu prinsip Azərbaycan xalqının və ümumbəşəri dəyərlərin qorunmasını da əhatə edir.
Tolerantlıq və insanlara hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.