Ümumi təhsil müəssisələrinin idarə olunması ilə bağlı yeni tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin ali idarəetmə orqanı onların nizamnaməsi ilə müəyyən olunacaq.
Məktəblərdə demokratiklik və şəffaflığın artırılması məqsədilə himayəçilər, qəyyumlar və valideyn şuraları kimi özünüidarəetmə orqanları yaradıla biləcək.
Bu mexanizm idarəetmədə ictimai iştirakçılığı gücləndirməyə xidmət edir.
