Təhsilverənlərin ümumi təhsil sahəsində hüquqları qanunvericilikdə ətraflı şəkildə təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Müəllimlərin təhlükəsiz və normal əmək şəraitində çalışmaq hüququ təmin edilir.
Onlar təhsil prosesinin təşkili və idarə olunmasında iştirak edə, təkliflər irəli sürə bilərlər.
Qanun müəllimlərin şərəf və ləyaqətinə hörmət göstərilməsini tələb edir.
Təhsilverənlər tədris forma və metodlarını sərbəst seçmək hüququna malikdirlər.
Eyni zamanda onların yeni ixtisas almaq, staj keçmək və elmi dərəcələrini artırmaq imkanları da nəzərdə tutulur.
Müəllimlər mükafatlandırılmaq, seçkili vəzifələrə seçmək və seçilmək hüququndan da istifadə edə bilərlər.
