
Ümumi təhsil sahəsində istifadə olunan əsas anlayışlar qanunla dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, ümumi təhsil şagirdlərə elmlərin əsaslarının öyrədilməsini və zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını təmin edən təhsil pilləsidir.
Bu pillə təhsilalanların həyata və əmək fəaliyyətinə hazırlanmasına xidmət edir.
Sənəddə ümumi təhsil müəssisəsinin anlayışı da ayrıca müəyyən edilib.
