İctimai ekoloji EKSPERTİZA

16 İyul 2026, 01:05

Yaşıllıqların mühafizəsində ictimai iştirakın imkanları genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Vətəndaşlar və vətəndaş cəmiyyəti təsisatları yeni layihələrin ictimai ekoloji ekspertizasını təşkil edə biləcəklər.
Bu proses “Ətraf mühitin mühafizəsi haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.
Ekspertiza yaşıllıq ərazilərinə təsir göstərə biləcək layihələri əhatə edəcək.
Məqsəd ekoloji risklərin vaxtında qiymətləndirilməsidir.