Yol hərəkətinin hüquqi anlayışı və mahiyyəti qanunvericilikdə ətraflı izah olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol hərəkəti nəqliyyat vasitələrinin və piyadaların hərəkəti zamanı yaranan ictimai münasibətlərin məcmusu hesab edilir.
Bu proses sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarının ödənilməsini də əhatə edir.
Qanun yol hərəkətinin hüquqi əsaslarını müəyyənləşdirir.
