Yol hərəkəti xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin iştirakı ilə və ya onsuz baş verən ictimai münasibətlərin məcmusu kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunda sərnişin və yük daşımaları zamanı yaranan münasibətlər də yol hərəkətinin tərkib hissəsi hesab olunur.
Sənəddə yol hərəkətinin təşkili mühəndis və təşkilati tədbirlər sistemi kimi izah edilir.
Bu tədbirlər təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin edilməsinə xidmət edir.
