Xüsusi mülkiyyətdə olan torpaq sahələri hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və ya istifadə hüququ formasında verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar isə nizamnamə fonduna yalnız istifadə hüququ əsasında verilə bilər.
Torpaq istifadəçiləri bunu yalnız mülkiyyətçinin razılığı ilə və müvəqqəti əsasda edə bilərlər.
Bu sahədə yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.