Torpaq bazarı subyektlərinin hüquq və vəzifələrinin əhali arasında geniş şəkildə təbliği dövlətin əsas vəzifələrindən biridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Qanun torpaq bazarına dair rəsmi məlumatların müntəzəm toplanmasını da nəzərdə tutur.
Bu məlumatlar xüsusi bülletenlər və media vasitəsilə ictimaiyyətə çatdırılmalıdır.
Belə yanaşma torpaq bazarında məlumatlılığın artırılmasına xidmət edir.
