Torpaq bazarı torpaq sahələrinin alqı-satqısı, ipotekası, bağışlanması, eləcə də mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Qanunda torpaq bazarı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər sistemi kimi müəyyən edilir.
Torpaq sahələrinin dövriyyəsi mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, həmçinin torpaqların kateqoriyalarının dəyişdirilməsini əhatə edir.
Bu proseslər Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.
