Yaşıllıqların anlayışı və bu sahədə istifadə olunan əsas terminlər qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, yaşıllıqlar şəhər və digər yaşayış məntəqələrində ekoloji, mədəni-sağlamlaşdırma və landşaft baxımından əhəmiyyət daşıyan ağac, kol, gül-çiçək və ot bitkilərinin məcmusudur.
Bu bitkilər həm təbii şəkildə mövcud ola, həm də süni şəkildə salına bilər.
Qanunda yaşıllıq ərazilərinin anlayışı da ayrıca müəyyənləşdirilib.
Həmin ərazilərə yaşıllıqların yerləşdiyi və ya salınması üçün ayrılmış torpaq sahələri və onlara aid ekoloji mühit daxildir.