Xüsusi təyinatlı yaşıllıqların mühafizəsinin həyata keçirilməsi qaydası müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bu kateqoriyaya aid yaşıllıqların qorunması qanun və digər normativ hüquqi aktlara uyğun təmin ediləcək.
Onların istifadəsi və mühafizəsi xüsusi qaydalar əsasında həyata keçiriləcək.
Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanacaq.
Həmin orqan yaşıllıqların təyinatını və istifadə rejimini də müəyyən edəcək.
