Yaşıllıqların uçotu, kadastrı və monitorinqinin aparılması qaydası müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bu proses müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vahid metodika əsasında həyata keçiriləcək.
Uçot və monitorinq zamanı qanunda nəzərdə tutulan tələblər nəzərə alınacaq.
Məqsəd ölkə üzrə vahid məlumat bazasının formalaşdırılmasıdır.
Bu yanaşma yaşıllıqların daha səmərəli idarə edilməsinə xidmət edəcək.
