Kiçik elektrik nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri və istifadə meyarları qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu vasitələr bir nəfərin daşınması üçün nəzərdə tutulmalı və gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilməlidir.
Qanunda onların ölçüləri, kütləsi, sükan hündürlüyü və enerji saxlama sistemi ilə bağlı tələblər də göstərilib.
Norma fərdi mobil nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsini təmin etməyə yönəlib.