Qanunda sərnişin və piyada anlayışlarının hüquqi tərifi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sərnişin nəqliyyat vasitəsində olan, lakin onu idarə etməyən şəxs hesab edilir.
Piyada anlayışına yol hərəkətində nəqliyyat vasitəsindən kənarda iştirak edən şəxslər daxildir.
Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi və ya uşaq arabası aparan şəxslər də piyadaya bərabər tutulur.