Ümumi təhsil pillələri üzrə təhsilalma formaları qanunla təsbit edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
İbtidai, ümumi orta və tam orta təhsil səviyyələrində əyani və sərbəst (eksternat) təhsil formaları tətbiq olunacaq.
Bu formalar bütün ümumi təhsil səviyyələri üçün nəzərdə tutulub.
Qaydalar təhsilalanların seçim imkanlarını genişləndirməyə xidmət edir.
