Özəl ümumi təhsil müəssisələrinin yaradılması və fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, özəl ümumi təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi Mülki Məcəllə ilə tənzimlənəcək.
Bu sahədə hüquqi prosedurlar vahid qaydada həyata keçiriləcək.
Məqsəd özəl təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil olunmasıdır.
