Qanunda ümumi təhsilin əsas məqsədləri daha da genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Təhsilalanların Azərbaycan xalqının dəyərləri və bəşəri dəyərlər ruhunda tərbiyəsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.
Şagirdlərin dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılması nəzərdə tutulur.
Bu yanaşma vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə xidmət edir.
