Qanunda ümumi təhsilin dövlət standartlarının mahiyyəti müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət standartları elmi-pedaqoji prinsiplər əsasında hazırlanacaq və ən azı beş il müddətinə qüvvədə olacaq.
Bu standartlar fərdin, cəmiyyətin və dövlətin tələbatı nəzərə alınmaqla müəyyən ediləcək.
Onların qüvvədə olma müddəti səlahiyyətli orqan tərəfindən təsdiqlənəcək.