Qanunda ümumi təhsil hüququnun təminatı ilə bağlı mühüm müddəalar yer alıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Azərbaycan vətəndaşları, həmçinin ölkədə qanuni yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bərabər şərtlərlə təhsil ala biləcəklər.
Dövlət ümumi təhsil müəssisələrində ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Hər bir vətəndaş üçün bərabər təhsil imkanlarının yaradılması əsas prinsiplərdən biridir.