Kiçik elektrik nəqliyyat vasitələrini icarəyə verən şəxslərin hüquqi statusu qanunda müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə fəaliyyətlə hüquqi şəxslər və fərdi sahibkarlar məşğul ola bilərlər.
Onlar qanunda “kiçik elektrik nəqliyyat vasitələrinin operatoru” kimi göstərilir.
Bu anlayış paylaşım və icarə xidmətlərinin hüquqi əsasını formalaşdırır.
