Qanun yol hərəkətinin təşkilinin texniki vasitələrinin siyahısını müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu vasitələrə svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər və dirəkciklər daxildir.
Onların tətbiqinin əsas məqsədi nəqliyyat və piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir.
Həmçinin bu vasitələr yolların buraxıcılıq qabiliyyətinin artırılmasına xidmət edir.