Türkiyəli psixoloq və televiziya aparıcısı Esra Ezmecinin yeni mövsümdə Azərbaycanda fəaliyyət göstərə biləcəyi iddia olunur.
Heftelik.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, hazırda fəaliyyətinə qısa fasilə versə də, “YouTube” layihələri ilə izləyiciləri ilə ünsiyyətini davam etdirir.
Onun yeni televiziya layihələri ilə bağlı müxtəlif kanallarla danışıqlar apardığı bildirilir.
İddialara görə, Ezmecini öz layihələrinə cəlb etmək üçün təkliflər irəli sürüb.Təkliflərdən biri Azərbaycandan gəlib. Bunun yerli televiziya kanallarından birinə məxsus olduğu ehtimalı var.
Bəzi mənbələr söhbətin ARB TV-dən getdiyini iddia edir. Ezmeciyə təklif edilən layihə ötən mövsüm yayımdan çıxarılan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin formatına bənzər olacaq.
Esra Ezmeci son illərdə psixologiya mövzusunda hazırladığı televiziya proqramları və sosial şəbəkələrdə paylaşdığı məzmunlarla geniş auditoriya qazanıb. Hazırda onun Azərbaycanda fəaliyyət göstərəcəyi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənməyib.
