Müəllimlərin VƏZİFƏLƏRİ

17 İyul 2026, 01:24

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əsas vəzifələri qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Təhsilverənlər dövlət siyasətinin həyata keçirilməsində iştirak etməli və sertifikatlaşdırmadan keçməlidirlər.
Onlar kurikulumların mənimsədilməsini təmin etməli və keyfiyyətli təhsil verməlidirlər.
Müəllimlər müasir təlim metodlarını öyrənərək tətbiq etməyə borcludurlar.
Pedaqoji işçilər etik davranış qaydalarına riayət etməli və müəllim nüfuzunu yüksək tutmalıdırlar.
Şagirdlərin təhlükəsizliyinin və sağlamlığının qorunması da onların əsas öhdəliklərindən biridir.
Valideynlər, məktəb rəhbərliyi və psixoloqlarla əməkdaşlıq da qanunun tələb etdiyi vəzifələr sırasındadır.