Qanunda ümumi təhsil prosesinin bütün iştirakçıları dəqiq göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Təsisçilər, şagirdlər, müəllimlər, valideynlər, bələdiyyələr və təhsili idarəetmə orqanları bu prosesin əsas tərəfləri hesab olunur.
Sənəddə həmçinin metodistlər, psixoloqlar, loqopedlər, kitabxanaçılar və digər pedaqoji işçilər də iştirakçılar sırasında yer alır.
Bundan başqa, təhsil müəssisələri ilə əməkdaşlıq edən fiziki və hüquqi şəxslər də prosesin iştirakçısı kimi tanınır.
