Qanunda ümumi təhsil müəssisələrində tətbiq olunan bir sıra xüsusi xidmət növləri ayrıca müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Sənəddə inklüziv təhsil, psixoloji xidmət, müəllim köməkçisi, defektoloq və loqoped anlayışlarının məzmunu göstərilir.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmin edilməsinə yönəlmiş mexanizmlər də izah olunur.
Qanun xüsusi təhsil xidmətlərinin təşkilində vahid yanaşmanın tətbiqini nəzərdə tutur.
