Qanun yaşıllıqların götürülməsi üçün icazə verilən halları dəqiq müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Belə hallara dövlət ehtiyacları, ekoloji ekspertizadan keçmiş layihələrin icrası və bəzi digər hallar daxildir.
Həmçinin şəhərsalma normalarına zidd əkilmiş ağaclar və sanitar qırma işləri zamanı da yaşıllıqlar götürülə bilər.
Fövqəladə hallar və mühəndis-kommunikasiya sistemlərinə maneə yaranması da əsaslar sırasındadır.
Bu hallar istisna olmaqla yaşıllıqların götürülməsi qadağandır.
