Qanun bərpa dəyərindən əldə olunan vəsaitin təyinatını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Dövlət mülkiyyətində olan yaşıllıqlara görə ödənilən vəsait ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürüləcək.
Bələdiyyə mülkiyyətində olan yaşıllıqlara görə ödəniş isə bələdiyyə büdcəsinə daxil olacaq.
Torpaq mülkiyyətçilərinin çəkdiyi xərclər də hesablamalarda nəzərə alınacaq.
Həmin vəsait qanunvericiliyə uyğun olaraq onlara ödəniləcək.