Qanun ictimai nəzarət çərçivəsində yaşıllıq ərazilərinə baxış keçirilməsini də nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
İctimai nəzarəti həyata keçirən şəxslər yaşıllıq ərazilərinə yerində baxış keçirə biləcəklər.
Əldə olunan nəticələr media və ictimaiyyətə açıqlana biləcək.
Bu məqsədlə ictimai müzakirələrin təşkili də mümkün olacaq.
Beləliklə, yaşıllıqların qorunması üzərində ictimai nəzarət gücləndiriləcək.
