Azərbaycanda torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları birbaşa və ya hərrac, müsabiqə yolu ilə əldə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Qanunda nəzərdə tutulan istisnalar xaric, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq hərrac və ya müsabiqə yolu ilə əldə olunur.
Bu qayda torpaq bazarında şəffaflığın təmin edilməsinə xidmət edir.
Hərrac və müsabiqələr qanunvericiliyin tələblərinə uyğun keçirilir.