Qanun pedaqoji fəaliyyətlə məşğul ola bilməyən şəxslərin dairəsini də müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Məhkəmə qərarı ilə müəllimlik fəaliyyəti qadağan edilən şəxslər bu sahədə işləyə bilməyəcəklər.
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün də məhdudiyyət tətbiq edilir.
Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərin pedaqoji fəaliyyətinə də yol verilmir.
Müəyyən xəstəliklərə malik şəxslər də təsdiq olunmuş siyahıya əsasən müəllim işləyə bilməyəcəklər.
Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıq cinayətlərinə görə məhkum olunan şəxslər üçün də qadağa nəzərdə tutulur.
Bu tələblər uşaqların təhlükəsizliyinin və təhsil mühitinin qorunmasına xidmət edir.
