Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

***

saat 19.04

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

“Toyota” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.