İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb.

Heftelik.az Oxu.Az-a istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib.
“Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: “Bağışla məni”. O isə mənə belə cavab verdi: “Səni təbrik edirəm, sən buna daha çox layiq idin”. Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm”, – deyə Yamal finaldan sonra jurnalistlərə bildirib.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.