Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Qoruqbağı kəndində baş verib.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.