Qanunda yaşıllıqların zədələnməsi və məhv edilməsi anlayışlarına da aydınlıq gətirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bitkilərin inkişafının dayanmasına səbəb olan hərəkət və ya hərəkətsizlik yaşıllıqların məhv edilməsi hesab olunur.
Fiziki təsirlər nəticəsində bitkilərin kök, gövdə və digər hissələrinin zədələnməsi isə ayrıca anlayış kimi müəyyən edilir.
Qanun yaşıllıqların bərpasını da yeni bitkilərin əkilməsi və ya yaşıllığın yenidən salınması kimi qiymətləndirir.
Həmçinin yaşıllıqların bərpa dəyərinin hesablanması qaydası da nəzərdə tutulur.