Qanun yaşıllıqların sağlamlığının qorunmasına xüsusi diqqət yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Fitosanitar nəzarət çərçivəsində xəstəlik və zərərvericilərin yayılması izlənəcək.
Lazım gəldikdə kompleks mübarizə tədbirləri həyata keçiriləcək.
Dövlət yaşıllıqların qorunmasını təşviq edən həvəsləndirici mexanizmlər də tətbiq edəcək.
Əhalinin ekoloji maarifləndirilməsi də dövlətin vəzifələri sırasında yer alır.