Qanun bəzi hallarda yaşıllıqların götürülməsi zamanı maliyyə öhdəlikləri də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Dövlət ehtiyacları və digər qanunda göstərilən hallarda yaşıllıqların bərpa dəyəri ödənilməlidir.
Alternativ olaraq həmin öhdəliyin icrasına təminat verilə bilər.
Yalnız bundan sonra yaşıllıqların götürülməsinə icazə veriləcək.
Bu mexanizm yaşıllıqların sonradan bərpasını təmin etməyə yönəlib.