Sürücülərin yol vermə öhdəliyi qanunda ətraflı müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sürücü digər hərəkət iştirakçılarını təhlükəli vəziyyətə salacaq manevr etməməlidir.
Lazım gəldikdə hərəkətə başlamamaq və ya davam etdirməmək də yol vermə hesab olunur.
Norma yol hərəkətində qarşılıqlı təhlükəsizliyi təmin etməyə xidmət edir.