Beynəlxalq akkreditasiyalı proqramları bitirən abituriyentlər üçün xüsusi qayda tətbiq ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Onlar müəyyən edilmiş şərtləri yerinə yetirdikdə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Qəbul təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə həyata keçiriləcək.

Bu mexanizm beynəlxalq təhsil proqramlarının məzunlarını dəstəkləməyə yönəlib.