Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri qanunla təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Humanistlik, bərabərlik, inteqrasiya, keyfiyyətlilik, varislik və demokratiklik əsas prinsiplər sırasında göstərilir.
Sənəddə ümumi təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi və fasiləsiz təhsilin təmin olunması da prioritet hesab edilir.
Bu prinsiplər ümumi təhsil siyasətinin əsas istiqamətlərini formalaşdırır.
