Ümumi təhsil alanların sosial və psixoloji müdafiəsi ilə bağlı müddəalar qanunda yer alıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Şagirdlər fiziki, mənəvi və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququna malikdirlər.
Onlara qanunvericiliyə uyğun qaydada ödənişsiz psixoloji yardım göstərilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, təhsilalanlar məktəbin kitabxana, laboratoriya və digər infrastrukturundan sərbəst istifadə edə biləcəklər.