Valideynlər övladlarının təhsili və inkişafı ilə bağlı mühüm vəzifələr daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Onlar uşaqların icbari ümumi orta təhsil almasını təmin etməlidirlər.
Valideynlər övladlarının fiziki, əxlaqi və intellektual inkişafı üçün şərait yaratmalıdırlar.
Uşaqlar azərbaycançılıq, vətənpərvərlik və əməksevərlik ruhunda tərbiyə olunmalıdır.
Məktəb kollektivi ilə səmərəli əməkdaşlıq etmək də valideynlərin vəzifələrindəndir.
Onlar məktəbin daxili intizam qaydalarına riayət etməlidirlər.
Övladını təhsildən yayındıran valideynlər qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqlar.
