Qanun torpaq bazarının obyekti ola biləcək torpaq sahələrinin siyahısını müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyələrin özəlləşdirilə bilən torpaqları bu siyahıya daxildir.
İpoteka predmeti olan torpaq sahələri və özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqlar da bazarın obyektidir.
Həmçinin dövlət, bələdiyyə və xüsusi torpaqlar üzərində istifadə və icarə hüquqları da dövriyyəyə cəlb oluna bilər.
