Ümumi təhsil proqramlarının hansı səviyyələri əhatə etdiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Ümumi təhsil ibtidai, ümumi orta və tam orta təhsil proqramları əsasında həyata keçiriləcək.

İbtidai təhsildə oxu, yazı, hesablama bacarıqları və vətənpərvərlik hissinin formalaşdırılması əsas məqsədlər sırasındadır.

Şagirdlərdə ilkin biliklər, həyati bacarıqlar və məntiqi təfəkkürün inkişafına da xüsusi önəm veriləcək.