Qanunda ümumi təhsil müəssisələrində siyasi və dini fəaliyyətlə bağlı məhdudiyyət müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Məktəblərdə siyasi partiyaların strukturlarının yaradılmasına icazə verilməyəcək.

Dini qurumların da təhsil müəssisələrində struktur yaratması qadağan edilir.

Bu yanaşma təhsil mühitinin neytral saxlanılmasına yönəlib.