Qanunda ümumi təhsil proqramının əsas hissələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Kurikulum ümumi təhsilin məzmununu səviyyələr üzrə müəyyən edən əsas sənəd hesab olunur.
Onun tərkibinə fənn kurikulumları, fakültativ kurslar, məktəbdənkənar proqramlar və tədris planları daxildir.
Kurikulum səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilir.