Qanun müəllimlərin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Müəllimlərin dərs yükü norması dövlət tərəfindən müəyyən ediləcək.
Onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq, işə qəbul və yerdəyişmə qaydaları təsdiqlənəcək.
Eyni zamanda dövlət məktəblərinin müəllim kadrlarına olan tələbatı da müəyyənləşdiriləcək.