Ümumi təhsil sisteminin idarə olunmasında yeni prinsiplər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Çeviklik prinsipi təhsil sisteminin sosial-iqtisadi dəyişikliklərə operativ uyğunlaşmasını nəzərdə tutur.
Demokratiklik prinsipi isə azad düşüncənin və dövlət-ictimai idarəetmənin inkişafına xidmət edir.
Qanun təhsil müəssisələrinin muxtariyyətinin artırılmasını da dəstəkləyir.