Bələdiyyə torpaqlarındakı yaşıllıqların qorunması bələdiyyələrin səlahiyyətinə aid edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr yaşıllıq ərazilərinin genişləndirilməsi üzrə yerli proqramlar qəbul edəcək.
Onlar görülən və planlaşdırılan işlər barədə əhalini mütəmadi məlumatlandıracaqlar.
Həmçinin yaşıllıqların uçotu və monitorinqi aparılacaq.
Bələdiyyə büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət ediləcək.