Yaşıllıqların götürülməsi ilə bağlı qərarların qəbul müddəti də qanunda müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qərar müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla qəbul ediləcək.
Əksər hallarda müraciətə on təqvim günü ərzində baxılacaq.
Fövqəladə hallar və mühəndis-kommunikasiya sistemləri ilə bağlı müraciətlər üzrə qərar üç gün ərzində veriləcək.
Qərarda bərpa dəyəri, ödəniş və bərpa müddəti də göstərilməlidir.